Marqaret Tetçerin şəxsi əşyaları hərracda 5 milyon dollara satılıb

Marqaret Tetçerin şəxsi əşyaları hərracda 5 milyon dollara satılıb
14:33 16 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Böyük Britaniyanın keçmiş Baş naziri Marqaret Tetçerin şəxsi əşyaları Christie's hərracında 3,3 milyon funt sterlinqə (təxminən 5 milyon dollar) satılıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hərracda ən bahalı lotlardan biri ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan tərəfindən Tetçerə hədiyyə edilən qartal heykəli olub. Bu lotun dəyəri ilkin olaraq 12 min dollar həcmində qiymətləndirilsə də, o, təxminən 400 min dollara satılıb.
Hərraca ümumilikdə təxminən 150 lot, online-satışa isə 200-ə qədər lot çıxarılıb. Kolleksiyanın satılması təklifinin Marqaret Tetçerin qohumları tərəfindən verildiyi bildirilir.
Xatırladaq ki, “Dəmir ledi” kimi tanınan Marqaret Tetçer Britaniya hökumətinə 1979-cu ildən 1990-cı ilədək başçılıq edib.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Marqaret_Tetcherin_sexsi_esyalari_herracda_5_milyon_dollara_satilib-911683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR