​Ağrı dağının İğdır hissəsində terrorçu PKK-nın sığınacaqları məhv edilib

​Ağrı dağının İğdır hissəsində terrorçu PKK-nın sığınacaqları məhv edilib
14:37 16 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Ağrı dağının İğdır hissəsində terrorçu PKK-nın qışlaq yerləri və sığınacaqlarına Türkiyənin Hərbi Hava Qüvvələri havadan zərbə endirməyə başlayıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, İğdır əyalətinin polis qüvvələri terrorçuların Ağrı dağının Türkiyə hissəsində yerləşən Korhan Yaylasındakı sığınacaq yerlərini məhv etmək üçün əməliyyat keçirir. Bu antiterror əməliyyatına havadan helikopterlərlə dəstək verilir.
Xəbərdə bildirilib ki, terrorçu PKK-nın çoxlu sayda sığınacaq yeri və qazmaları məhv edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR