Bu gün Topaz Premyer Liqasında XVII tur iki oyunla davam edəcək

Bu gün Topaz Premyer Liqasında XVII tur iki oyunla davam edəcək
14:58 16 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Bu gün futbol üzrə Topaz Premyer Liqasında XVII tur iki oyunla davam edəcək.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” klubu “Sumqayıt”, “Zirə” komandası isə “Qəbələ” ilə üz-üzə gələcək.
“Qarabağ”-“Sumqayıt” görüşü qonaq komanda üçün daha böyük əhəmiyyət kəsb edir. Baş məşqçi Samir Abasovun komandası qələbə qazanacağı təqdirdə xallarını 19-a çatdıraraq 7-ci pilləyə yüksələcək. “Qarabağ” isə artıq qış çempionluğunu təmin edib. Eyni zamanda, turnir cədvəlinin vahid lideri ən yaxın qonşuları olan “İnter” və “Qəbələ”dən 9 xal aralaşıb.
“Qarabağ” cari mövsümdə Premyer Liqada ilk məğlubiyyətini məhz “Sumqayıt”dan alıb – 0:1.
“Zirə” və “Qəbələ” komandalarının görüşü isə mövqe baxımından hər iki klub üçün əhəmiyyət daşıyır. “Zirə” və “Qəbələ” komandalarından biri qalibiyyət nəticəsində turnir cədvəlində ikinci pilləyə yüksələcək. Bu görüş həm də hər iki komanda üçün ilklə yadda qalacaq. Çünki komandalar birinci dəfə “Zirə”nin meydanında qarşılaşacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_gun_Topaz_Premyer_Liqasinda_XVII_tur_iki_oyunla_davam_edecek-911695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR