Yunanıstan KİV: ​Türkmənistan TANAP və TAP-a qoşula bilər

Yunanıstan KİV: ​Türkmənistan TANAP və TAP-a qoşula bilər
15:32 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Türkmənistanın Trans-Adriatik Boru Kəməri (TAP) və Trans Anadolu Boru Kəməri (TANAP) layihələrinə qoşulması mümkündür. "Report" Yunanıstanın "Liveral.gr" saytına istinadən verdiyi xəbərə görə, bunun üçün region ölkələrinin enerji təhlükəsizliyi təmin edilməlidir.
Məlumata görə, Rusiya ilə Türkiyə arasında "Su-24" döyüş təyyarəsinin vurulması ilə başlanan konflikt Cənubi Qafqaz regionunun əhəmiyyətini artıracaq.
Sayt həmçinin Qərbin dəstəklədiyi TAP ə TANAP layihələrinin reallaşması üçün münbit şərait yarandığını, "Türk axını"nın isə reallaşmasının sual altında qaldığını açıqlayıb: "Təbii ki, Qafqazda önəmli rol oyanayan ölkə Azərbaycandır. Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə yaxşı münasibətləri var. Rusiya həm də Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Azərbaycanla Ermənistan arasında vasitəçidir".
Sayt iddia edir ki, Azərbaycanın aktivliyini artırması gələcəkdə Rusiya tərəfindən neqativ qiymətləndirilə bilər.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/turkmenistan-tanap-ve-tap-a-qosula-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR