Azərbaycan-Efiopiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə edilib

Azərbaycan-Efiopiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə edilib
15:43 16 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Əddis-Əbəbə, 16 dekabr, AZƏRTAC 
Efiopiyanın yeni təyin olunmuş maliyyə və iqtisadi inkişaf naziri Abduləziz Məhəmməd Azərbaycanın bu ölkədəki səfiri Elman Abdullayev ilə görüşüb.
Görüşdə E.Abdullayev bu vəzifəyə təyin edilməsi münasibətilə A.Məhəmmədi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Səfir Azərbaycanın əldə etdiyi uğurlar barədə məlumat verərək, ölkəmizin regionun əsas iqtisadi və sənaye mərkəzinə çevrildiyini vurğulayıb. Azərbaycanın regionda lider dövlət olduğunu qeyd deyən E.Abdullayev ölkəmizin ixrac potensialının və investisiya imkanlarının geniş olduğunu vurğulayıb. O, Azərbaycanın istehsalı olan keyfiyyətli məhsulların dünya bazarlarında rəqabət aparmaq iqtidarında olduğunu deyib. Bununla yanaşı, Azərbaycan şirkətlərinin dünyanın bir çox ölkələrində uğurla fəaliyyət göstərdikləri də efiopiyalı nazirin diqqətinə çatdırılıb.
Nazir Abduləziz Məhəmməd ölkəsinin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu və bu əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu qeyd edib. O, əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin və müqavilə-hüquq bazasının yaradılmasının vacibliyini vurğulayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Efiopiya_iqtisadi_emekdasliginin_perspektivleri_muzakire_edilib-911711

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR