Bakıda 7 yaşlı oğlan itkin düşüb, onun qətlə yetirilməsinə dair şübhələr var

Bakıda 7 yaşlı oğlan itkin düşüb, onun qətlə yetirilməsinə dair şübhələr var
17:22 16 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Dekabrın 14-də Goranboy rayonu, Balakürd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonunda kirayədə yaşayan Rahilə Kitay qızı Əsgərova Daxili İşlər Nazirliyinin “102” məlumat xidmətinə zəng vuraraq oğlu, 2008-ci il təvəllüdlü Ceyhun Mobil oğlu Əsgərovun həmin gün saat 14 radələrində internet salona getmək adı ilə evdən çıxıb bir daha geri qayıtmaması barədə məlumat verib.
Bu barədə “Report”a Bakı Şəhər Prokurorluğundan bildirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yerini müəyyən etmək mümkün olmayıb.
Ceyhun Əsgərovun olduğu yerin müəyyən edilməməsi, azyaşlı olması və digər xüsusatlarla onun qətlə yetirilməsinə şübhələr olduğundan dekabrın 16-da Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR