​Türkmənistanda “Şərq-Qərb” qaz kəmərinin açılış mərasimi keçiriləcək

18:17 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Məlumata görə, Türkmənistanın neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Məhəmmədnur Halilov tərəfindən Azərbaycan Energetika Nazirliyinə ünvanlanan dəvət məktubunda enerji sahəsində iki ölkə arasında əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsinin yüksək olduğu qeyd edilib və bu layihəTürkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun türkmən təbii qazının beynəlxalq bazarlara nəqlinin diversifikasiyası, enerji təhlükəsizliyinin təminatı və energetika sahəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi siyasətinin reallaşmasında mühüm rol oynayacağı göstərilir:
"Bu baxımdan,“Şərq-Qərb” qaz kəməri dünya energetika məkanında Türkmənistan və onun müttəfiqlərinin birgə maraqlarının uzunmüddətli təminatına xidmət göstərən, beynəlxalq münasibətlərin yeni forma və istiqamətlərinin tapılması perspektivi vəd edən layihə kimi nəzərdən keçirilir. Bu hadisənin əhəmiyyətini nəzərə alaraq energetika naziri Natiq Əliyev “Şərq-Qərb” qaz kəmərinin təntənəli açılış mərasimində iştiraka dəvət edilib", - deyə məktubda bildirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/turkmenistanda-serq-qerb-qaz-kemerinin-acilis-merasimi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR