Rusiyanın 27 gəmisinin Türkiyə tərəfindən saxlanılması hələlik təsdiqini tapmır

Rusiyanın 27 gəmisinin Türkiyə tərəfindən saxlanılması hələlik təsdiqini tapmır
19:28 16 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Rusiyalı diplomatlar Türkiyə limanlarında RF-ə məxsus gəmilərin saxlanılması barədə KİV-lərdə yayılan məlumatları hələlik nə inkar etmir, nə də təsdiqləmir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, RF-in Ankaradakı səfirliyi gəmilərin qanunsuz saxlanılması ilə bağlı insidentlə əlaqədar gəmi sahibləri tərəfindən heç bir müraciət almadıqlarını bildirib. İnsidenti Rusiyanın Trabzonda yerləşən baş konsulluğu və iri liman şəhəri olan Samsunun hakimiyyət orqanları da təsdiqləməyib.
Bir qədər əvvəl Türkiyə KİV-ləri ölkənin limanlarında əlavə və daha diqqətli yoxlama məqsədi ilə Rusiyaya aid 27 gəminin saxlanıldığı barədə məlumatlar yaymışdı.
Xatırladaq ki, Türkiyə və Rusiya arasında münasibətlər Su-24 bombardmançı təyyarəsinin vurulmasından sonra korlanıb. Rəsmi Moskva Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR