Samir Abbasov: "Deyirdilər “Qarabağ”a təzyiq etsək..."

Samir Abbasov: "Deyirdilər “Qarabağ”a təzyiq etsək..."
19:42 16 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Samir Abbasov "Qarabağ"la oyunla (2:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi bunları deyib:

“Əks hücumlara güvənmişdik, başqa cür oynaya da bilməzdik. Görüşdən öncə deyirdilər ki, “Qarabağ”la matçda təzyiq etsək, rahat olar. Amma biz bundan öncə “İnter”ə qarşı ağır oyun keçirmişdik, bizim üçün çətinlik yaranardı. 20 dekabrda fasilə yaranmasına baxmayaraq, bir neçə oyunçumuz hələ də tam hazır deyil. Çünki bəzi futbolçular bizə gec qoşulublar. Bütün bu problemlərə baxmayaraq, oyun sona qədər istədiyimiz kimi gedirdi. Amma son dəqiqələrdə buraxılan qol bizi qələbəsiz qoydu. Buna rəğmən, “Qarabağ”la oyunda qeydə alınan heç-heçə mənim üçün qələbəyə bərabərdi".

Fanat.az 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR