Bakı. Trend:
Almaniyanın “Bavariya” futbol klubunun baş məşqçisi Xosep Qvardiola komanda ilə müqaviləsinin müddətini uzatmayacaq.
Trend xarici mətbuata istinadən məlumat verir ki, ispan mütəxəssis müqaviləsi bitdikdən sonra klubu tərk etmək qərarına gəlib.
Xatırladaq ki, X.Qvardiolanın müqaviləsi mövsümün sonunda bitir. “Bavariya”nı isə yeni mövsümdən Karlo Ançelotti çalışdıracaq.
Bizi Twitter-dən izləyin: @trend_az