Ronaldonun sözləri "Barselona" fanatlarını çoşdurdu

Kriştiano Ronaldo "Barselona"nın ulduzu Lamine Yamalın öz nəslinin ən yaxşılarından biri olduğunu ifadə edib.

Metbuat.az xəbər verir ki, Ronaldo Avro 2024-də turnirin Ən Yaxşı Gənc Oyunçusu seçilən Yamalı tərifləyib. Ronaldo futbolçunun istedadlı oyunçu olduğunu qeyd edib. Lamine Yamalın böyük istedadı olduğunu deyən Ronaldo, onun gələcəyinin parlaq olduğunu ifadə edib.

Qeyd edək ki, Lamine Yamal bu mövsümdə də uğurlu oyunu ilə seçilir. Yamal Rafinya ilə birlikdə komandanın hücum gücünün əsas oyunçularından hesab edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR