Yığmamızın baş məşqçisi Portuqaliyaya gedəcək

Yığmamızın baş məşqçisi Portuqaliyaya gedəcək
10:32 17 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales UEFA-dan təyinat alıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis 16 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək.

O, 2016-cı ilin may ayında Portuqaliyada keçiriləcək turnirdə UEFA-nın texniki müşahidəçisi funksiyasını icra edəcək. Yarışda Portuqaliya, İspaniya, Belçika və Türkiyə yığmaları mübarizə aparacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR