"Report" xəbər verir ki, nazirliyin kollektivi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Sonra Müdafiə Sənayesi Nazirliyinin kollektivi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.