Bu gün Topaz Premyer Liqasında XVII tura yekun vurulacaq. Fanat.az хəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda "Xəzər Lənkəran" "Kəpəz"i qəbul edəcək. Saat 14.00-da başlayacaq qarşılaşmanı Rəhim Həsənov idarə edəcək. "Xəzər Lənkəran" son 5 Premyer Liqa oyunununda uduzub, ardıcıl 5 oyunda qələbəyə həsrət qalan "Kəpəz" isə son 3 görüşdə heç-heçə oynayıb. Komandalar arasında mövsümün ilk oyununda "Kəpəz" qələbə qazanıb (1:0). Kubokun 1/8 finalına təsadüf edən qarşılaşmanı isə "Xəzər Lənkəran" qazanıb (1:0).
Tura "Neftçi" - AZAL oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi matçın start fiti saat 17.00-da çalınacaq. "Neftçi" artıq 4 oyundu uduzmur (3 qələbə, 1 heç-heçə). AZAL isə son iki turda aktivinə 4 хal yazıb.
Qeyd edək ki, ilk iki oyun günündə turun üç matçı baş tutub. "İnter" "Rəvan"ı 2:0, "Zirə" "Qəbələ"ni 1:0 hesabı ilə yenib, "Qarabağ" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 2:2.
Premyer Liqa
2015/16 mövsümü
II dövrə,
17 dekabr
Xəzər Lənkəran - Kəpəz
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Coşqun Həsənov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Asim Xudiyev.
"Xəzər Lənkəran" mərkəzi stadionu. Saat 14.00.
Neftçi - AZAL
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakcell Arena". Saat 17.00.
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
1 |
Qarabağ |
17 |
11 |
4 |
2 |
27-11 |
37 |
|
2 |
Zirə |
17 |
7 |
8 |
2 |
16-12 |
29 |
|
3 |
İnter |
17 |
7 |
6 |
4 |
16-12 |
27 |
|
4 |
Qəbələ |
17 |
7 |
6 |
4 |
23-12 |
27 |
|
5 |
Neftçi |
16 |
6 |
5 |
5 |
18-16 |
23 |
|
6 |
Kəpəz |
16 |
5 |
7 |
4 |
17-16 |
22 |
|
7 |
Sumqayıt |
17 |
3 |
8 |
6 |
20-25 |
17 |
|
8 |
AZAL |
16 |
4 |
4 |
8 |
9-17 |
16 |
|
9 |
Xəzər Lənkəran |
16 |
3 |
3 |
10 |
10-21 |
12 |
|
10 |
Rəvan |
17 |
2 |
5 |
10 |
9-23 |
9 |
|
Bombardirlər |
Riçard Almeyda (Qarabağ) - 7. Ruslan Qurbanov (Neftçi), Aleksey Antonov (Qəbələ) - 6. Dieqo Martines (İnter) - 5. |
Fanat.az