Neymarın 25 sirri - FOTO

Neymarın 25 sirri - FOTO
13:52 17 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın bir çox ulduz futbolçuları təkcə oynadıqları oyunla deyil, müxtəlif hərəkətləri ilə də gündəmə gəlirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Barselona"nın braziliyalı ulduzu Neymar Da Silva futbola bağlılığı ilə yanaşı, döymələrə olan bağlılığı ilə də tanınır. O, ölkəsində qatıldığı bir televiziya verilişində bədənində olan bütün döymələrin anlamını açıqlayıb. "Sambaçı" yaşadığı anları unutmamaq üçün onları döymələrlə bədəninə həkk etdiyi bildirib. Onun döymələrinin anlamı isə aşağıdakı kimidir:

1. David Lucca - "Oğlumun adıdır. O dünyaya gələndən sonra bunu etdirdim"

2. Atası üçün - "Bu sözləri atam üçün yazdırmışam. Hər oyuna çıxmazdan öncə oxuyuram - sevgi və hörmət"

3. Todo Passa - "Mənası belədir: hər pis şey keçər, əsas odur ki, xoşbəxt ola biləcəyin anlar yaşa"

4. Həyat zarafatdan ibarətdir - "Bu döyməni hər kəs üçün etmişəm. Həyatı ciddiyə almamaq lazımdır. Düzdür, həyat ciddidir, amma düşündüyümüz qədər yox"

5. Se Parte De Mi Historia - "Bu döymə başqa 3 dostumda da var. Hamısında ayrı-ayrı cümlələr yazır"

6. Fe - "İnancımdır"

7. Barmağımdakı kraliça - "Bu bir kraliça tacıdır. Evləndiyim vaxt bunu barmağıma döydürdüm"

8. Eşq - "Bu döyməni xüsusi sevirəm. Çünki anamda da var. Atam üçün"

9. IV - "Bu ailəmdəki insanların sayıdır"

10. Rostro De La Hermana - "Bu bacımın şəklidir. İnternetlə mənə göndərmişdi"

11. Sonsuz eşq - "Bunu deyə bilmərəm. Çünki sirdir"

12. Rafaella - "Bacım üçün"

13. Sağ əlindəki krallıq - "Bunu barış üçün etmişəm"

14. Blessed - "İnanclı insanam. Kilsədə böyümüşəm və Tanrını sevirəm"

15. Corintios 9;24-27 - "Hər kəs qaçar"

16. Ailə - "Anama və bacıma olan dualarımdır"

17. Efesios 6; 11 - ""İncil"dən sözlərdir. Hər gün oxuyuram"

18. Dios Es Fiel - "Çempionlar Liqasını qazandıqdan sonra yazdırdım"

19. Stay Strong - "Güclü qal deməkdir"

20. Sorella - "İtalyancadan tərcümədə bacım deməkdir"

21. Somos Hermanos - "Bacımla olan dostluğuma ithafən"

22. Shhh... - "Rihannanın bir mahnısından kopya etmişəm"

23. Osadia Y Alegriaü - "Xoşbəxt və cəsarətli. Bu, Neymarın sloqanıdır"

24. Ball and a boy - "Top və oğlan"

25. "Bu döymənin mənası odur ki, Neymar gəldiyi yeri unutmur"

Milli.Az


























Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR