Serbiya millisi Azərbaycanla qarşılaşmaq istəmir

Serbiya millisi Azərbaycanla qarşılaşmaq istəmir
13:57 17 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə dünya çempionatının pley-off mərhələsinə yüksələn Azərbaycan millisi arzuolunmaz rəqiblərdən sayılır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, seçmə mərhələdə qrup qalibi olan yığmamız əksər komandalar üçün təhlükəli rəqibdir.

Bu üzdən də pley-offdakı potensial rəqiblərimiz də millimizlə qarşılaşmaq istəmirlər. Serbiya yığması da fevralın 12-də baş tutacaq püşkdə komandamızla düşməyin əleyhinədir.
 
Bunu balkanlıların baş məşqçisi Atsa Kovaçeviç açıqlayıb: "Püşk bizi 6 komanda ilə üz-üzə qoya bilər. Bunlar İspaniya, İtaliya, Portuqaliya, Azərbaycan, Ukrayna və Qazaxıstandır. Bu yığmaların hamısı hörmətə layiqdir. Amma yenə də onlar arasında gücümüzə görə ola biləcək rəqib Qazaxıstandır. Amma indi onlar da çox güclüdürlər. Bu komandanın heyətində tanınmış braziliyalılar da var".
 
Qeyd edək ki, pley-offun püşkü Serbiyanın Belqrad şəhərində atılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR