"Bu, Ukrayna xalqının üzünə tüpürməkdir" - Putin

"Bu, Ukrayna xalqının üzünə tüpürməkdir" - Putin
15:14 17 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiya Gürcüstanla viza rejimini ləğv etməyə hazırdır". APA-nın məlumatına görə, bu bəyanatla Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında çıxış edib.

 

O, hazırkı Gürcüstan rəhbərliyinin davranışlarında münasibətlərin normallaşmasına dair əlamətlər görüdüyünü deyib: "2008-ci il hadisələrindən sonra bizim münasibətlərimizdə deqredasiya baş verdi. Bu hadisələrin baş verməsinin məsuliyyəti isə birbaşa o vaxtkı prezident Mixail Saakaşvilinin üzərinə düşür. Məhz onun yol verdiyi avantüra nəticəsində vəziyyət bu yerə gəldi, Gürcüstan ərazilərinin bir hissəsini itirdi.

 

Təsəvvür edin ki, indi həmin adam Odessanın qubernatoru vəzifəsindədir. Saakaşviliyə ABŞ-a işçi vizası vermədirlər, Ukraynaya göndərdilər ki, orada işləsin. O da hazırda orada aktiv fəaliyyət göstərir. Qərb bununla Ukraynaya göstərir ki, təkcə onu idarə etmir, həm də oraya onu idarə edən adamlar göndərir. Bu isə Ukrayna xalqının üzünə tüpürməkdir".

 

V. Putin deyib ki, Cənubi Osetiya və Abxaziya ilə bağlı yaranmış məsələləri Gürcüstan onlarla danışıb razılığa gəlməlidir: "Biz istənilən razılaşmanı dəstəkləməyə hazırıq".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR