Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı filialının fəaliyyəti dayandırılıb

Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı filialının fəaliyyəti dayandırılıb
15:43 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sankt-Peterburqdakı filialında axtarış aparılıb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, axtarış Rusiya Daxili İşlər Nazirliyi İdarəsinin Mərkəzi rayon üzrə İstintaq İdarəsi və Daxili İşlər Nazirliyi Baş İdarəsinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə İqtisadi Təhlükəsizlik İdarəsinin əməliyyatçıları tərəfindən həyata keçirilib.
Bu tədbirlər pulların xaricə qanunsuz çıxarılması ilə bağlı açılmış cinayət işi çərçivəsində aparılır.
Məlumata əsasən, axtarış zamanı bankın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR