Əli Əhmədov: Azərbaycanda iqtisadiyyatın inkişafı hər şeydən əvvəl sosial rifahın daha da yaxşılaşmasında ifadə olunub

Əli Əhmədov: Azərbaycanda iqtisadiyyatın inkişafı hər şeydən əvvəl sosial rifahın daha da yaxşılaşmasında ifadə olunub
12:33 30 Dekabr 2014
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda iqtisadiyyatın inkişafı hər şeydən əvvəl sosial rifahın daha da yaxşılaşmasında ifadə olunub. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının dinamik iqtisadi inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə edilməsini şərtləndirib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti sayəsində Azərbaycan, sözün həqiqi mənasında, əzəmətli inkişaf mərhələsi keçmişdir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ÜDM-in üçqat artımında ifadə olunub, yoxsulluq səviyyəsi təxminən 10 dəfə aşağı salınıb, bir milyondan çox yeni iş yerləri açlıb. Məhz bu uğurlu siyasətin və əldə edilmiş nailiyyətlərin fonunda cari il ərzində də Azərbaycanın inkişafı davam edib".

Əli Əhmədov bildirib ki, sosial-iqtisadi sahələrdə əldə edilən nailiyyətlər - iqtisadiyyatın inkişafı hər şeydən əvvəl sosial rifahın daha da yaxşılaşmasında ifadə olunub. Onun sözlərinə görə, bütövlükdə, Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəmizin iqtisadi modelinin bir çox əhəmiyyətli parametrlərini müəyyənləşdirir. Bu parametrlər içərisində Azərbaycan iqtisadiyyatının dayanıqlılığı, rəqabət qabiliyyətinin yüksəlməsi və bu meyara görə Azərbaycanın dünyada əhəmiyyətli yer tutması ilə səciyyələndirilə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR