Azərbaycan Beynəlxalq Bankı Peterburq filialındakı yoxlamaları şərh etdi

Azərbaycan Beynəlxalq Bankı Peterburq filialındakı yoxlamaları şərh etdi
16:18 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Sankt-Peterburq polisi bankın keçmiş müştərilərindən birinin arxiv sənədlərini əldə etmək üçün "ABB-Moskva"nın Sankt-Peterburqdakı filialında olub. Bunu Trend-ə Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli deyib.

Onun sözlərinə görə, bankın Peterburq filialı hazırda işini normal rejimdə davam etdirir və fəaliyyətində hər hansı problem müşahidə edilmir.

Rusiya mətbuatının yazdığına görə, bu gün Sankt Peterburqda "ABB-Moskva" bankının filialının ofisində axtarış aparılıb. Cinayət işi çərçivəsində aparılan bu tədbirlər pulların xaricə qanunsuz çıxarılması ilə bağlıdır.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR