Qeyd edək ki, Rusiya KİV-in yayadığı məlumata əsasən, "ABB-Moskva" bankının Sankt-Peterburqdakı filialında axtarış aparılıb. Axtarış Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi rayon üzrə İstintaq İdarəsi və Daxili İşlər Nazirliyi Baş İdarəsinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə İqtisadi Təhlükəsizlik İdarəsinin əməliyyatçıları tərəfindən həyata keçirilib.
Bu tədbirlər pulların xaricə qanunsuz çıxarılması ilə bağlı açılmış cinayət işi çərçivəsində aparılır.
Məlumata əsasən, axtarış zamanı Bank filialının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.