Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğludan

19:34 17 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident, əziz qardaşım,
Dekabrın 4-də qardaş Azərbaycana rəsmi səfərdən qayıdandan sonra Xəzər dənizinin “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində insan ölümü ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Hökumətim adından və şəxsən öz adımdan qəzada həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara şəfa, Zati-alinizə, həlak olan insanların ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Hörmətlə,
Əhməd Davudoğlu
Türkiyə Respublikasının Baş naziri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_Respublikasinin_Bas_naziri_Ahmed_Davudogludan-912200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR