Rus jurnalist Putinin qarşısında Türkiyə bayrağı qaldırdı (FOTO)

Rus jurnalist Putinin qarşısında Türkiyə bayrağı qaldırdı (FOTO)
00:41 18 Dekabr 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinin Moskvada təşkil etdiyi illik mətbuat konfransı zamanı Türkiyənin "Anadolu" agentliyin rusiyalı müxbirinin əlindəki Türkiyə bayrağı dövlət başçısının diqqətini çəkib.

ANS PRESS-in məlumatına görə, Rusiyalı müxbir Yelena Teslovanın Türkiyə bayrağı ilə konfransda iştirakı ətrafdakılar tərəfindən çox normal qarşılanıb.

Teslovanın verdiyi məlumata görə, orada olan yüzlərlə jurnalist Putinə sual vermək üçün hansı ölkəni, bölgəni və ya qəzeti təmsil etdiklərini göstərmək məqsədiylə özləri ilə şəkil və qeyri-adi devizlər yazılmış açıqcalar tutublar: "Mən isə Türkiyə ilə əlaqədar sual vermək istədiyimi ifadə etmək üçün Türkiyə bayrağı gətirdim. Bu üsul işə yaradı. Nə salonda olan rus jurnalistlərlə, nə də təşkilatçılarla hər hansı bir problem yaşamadım. Onsuz da bayrağı gətirməyimdə sual verməkdən başqa bir məqsədim yox idi".



Teslova Rusiya prezidenti Vladimir Putinə mətbuat konfransında deyib: "Siz ötən çıxışlarınızda Türkiyə rəhbərliyi başqa, türk xalqı başqa dediniz. Ancaq Rusiyada təhsil alan tələbələr və burada fəaliyyət göstərən Türkiyə vətəndaşları təzyiqə məruz qaldıqlarını bildirirlər".





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367554

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR