“Expressbank”ın “SmileCardla qış fürsəti” müsabiqəsi davam edir

08:43 18 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
“Expressbank” feysbuk sosial şəbəkə istifadəçiləri arasında “SmileCardla qış fürsəti” adlı müsabiqə keçirir.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, müsabiqə dekabrın 21-dək davam edəcək.
Müsabiqənin şərtlərinə görə, SmileCardla mağazalarda nağdsız alış-veriş edən müştərilər aksiyaya qoşula bilərlər. Aksiya iştirakçısı olmaq üçün SmileCardın feysbuk səhifəsini (www.facebook.com/SmilecardTaksit) like etmək, müsabiqənin fotosunu bölüşmək (Share/Поделиться funksiyası), ad, soyad, əlaqə nömrəsi və sahib olduğu SmileCardın 16 rəqəmli şifrəsinin son 6 rəqəmini feysbuk səhifəsinin inboksuna göndərməklə qeydiyyatdan keçmək zəruridir.
Müsabiqə müddətində ən çox həcmdə nağdsız ödəniş edən 300 manat, ən çox sayda nağdsız ödəniş edən 200 manat, müsabiqənin ilk nağdsız ödəniş edən müştərisi isə 100 manat qazanacaq.
Qeyd edək ki, minimal ödəniş 10 manat olmalıdır və internet vasitəsilə həyata keçirilən onlayn ödəmələr müsabiqədə iştirak etmir.
SmileCardın şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, internetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər.
Ətraflı məlumatı 132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi feysbuk səhifəsindən (www.facebook.com/Expressbank) əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Expressbankin_SmileCardla_qis_furseti_musabiqesi_davam_edir-912269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR