"Real"ın prezidenti Florentino Perez ötən gün "Çelsi"dən ayrılan Joze Mourinyonun Madrid klubuna qayıdışını istisna edib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "kral klubu"nun rəhbəri bunları deyib:
"Gələcəkdə nə olacağını heç kim bilmir. Amma yaxın vaxtlarda Mourinyonun "Real"a dönməsi gözlənilmir. Baxmayaraq ki, onun dövründə komandanın səviyyəsi yüksəlmişdi. Benites öz postunda qalacaq. Nə Zidan, nə də başqası təyin olunub. Zidan əla məşqçidir. Gələcəkdə komandaya rəhbərlik edəcək. Mən də istefa haqqında düşünməmişəm. Çətinliklər məni möhkəmləndirir".
Milli.Az