Bakı. 18 dekabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov dekabrın 25-də Qəbələ rayonunda Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Abşeron rayonlarının sakinləri ilə görüşəcək.
“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, görüşdə iştirak etmək istəyən vətəndaşlar Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsi və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər.
Eyni zamanda, qəbula yazılmaq istəyənlər Nazirliyin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.