“SOCAR Yay Məktəbi-2015” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

“SOCAR Yay Məktəbi-2015” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub
18:12 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentində (İRD) “Yay Məktəbi-2015” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin 501 nömrəli özülündə və “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzalar zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İRD-nin rəisi Asif Bəkirli çıxış edərək təhlükəsiz əmək şəraitinin SOCAR üçün vacib əhəmiyyət daşıdığını, şirkətdə işçilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları barədə təlimlər keçirildiyini vurğulayıb. Sonra SOCAR Yay Məktəbi proqramının gənclərə verdiyi töhfələr, ölkə daxilində və dünyanın nüfuzlu universitetlərində təhsil alan gənclərin layihəyə marağının artması qeyd olunub.
O, gəncləri dünyada baş verən proseslərin fonunda xaricdə və daxildə Azərbaycana qarşı yönəlmiş təxribatçı addımlara qarşı fəal mübarizə aparmağa, ölkənin milli maraqlarının qorunmasını təmin etmək istiqamətində əllərindən gələni etməyi əsirgəməməyə, haqsız iradlara qarşı ədalətli mövqe sərgiləməyə çağırıb. Yay Məktəbi proqramının iştirakçılarından Ekologiya İdarəsinin Ekoloji monitorinq Departamentinin ekoloji tədqiqatlar ekspedisiyasının mühəndisi Orxan Məmmədov, SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramı çərçivəsində Böyük Britaniyanın Nottinqam Universitetində təhsil almış, hazırda SOCAR-ın Ekologiya İdarəsinin Ekoloji ölçmə və tullantların idarə olunması departamentinin mühəndisi Tural Məhərrəmov, SOCAR-ın Daxili Təqaüd Proqramının məzunu, hazırda şirkətin Əmək şəraiti normalarının işlənməsi idarəsinin iqtisadçısı vəzifəsində çalışan Şöhrət İsazadə, Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi Kamran Rzayev Yay məktəbi təəsüratlarını tədbir iştirakçıları ilə bölüşüb və bu layihənin gənclərə müsbət təsirindən danışıblar. 
Qeyd edilib ki, layihə çərçivəsində SOCAR-ın müəssisə və təşkilatlarına təşkil edilən ekskursiyalar, Türkiyənin İzmir şəhərində yerləşən "Petkim" və “Star” neft emalı zavodlarına, Petlim limanına səfərlər və keçilən təcrübə, Yay Məktəbi layihəsində qazanılan biliklər, təqdimetmə və layihə idarəetməsi bacarıqları, gənclərin dünyagörüşünə və gələcəkdə yaxşı mütəxəssis kimi yetişmələrinə müsbət təsir edib.
Sonra İRD-nin rəisi A.Bəkirli gənclərə uğurlar arzulayıb və onlara “SOCAR Yay Məktəbi - 2015” layihəsində uğurla iştirak etmələri haqqında sertifikatlar təqdim edib.





Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-yay-mektebi-2015-layihesinin-istirakcilarina-sertifikatlar-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR