Bakı Tibb Kolleci tələbəsinin liftin şaxtasına yıxılması ilə bağlı cinayət işi başlanıb

18:33 18 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 17-də saat 11 radələrində 1 saylı Bakı Tibb Kollecinin tələbəsi, 1998-ci il təvəllüdlü Esmira Əhmədova Səhiyyə Nazirliyinin paytaxtın Yasamal rayonunda yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasının 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılaraq birinci mərtəbədə dayanmış vəziyyətdə olan liftin üzərinə düşüb. E.Əhmədova aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR