Cəlilabadlı idmançı Türkiyədə dünya çempionu adını qazanıb

Cəlilabadlı idmançı Türkiyədə dünya çempionu adını qazanıb
19:18 18 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 18 dekabr, Bağır Əliyev, AZƏRTAC
Türkiyənin Antalya şəhərində həvəskarlar arasında keçirilən idmanın əlbəyaxa döyüş növü üzrə VIII dünya çempionatında cəlilabadlı idmançı Toğrul Salmanlı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
AZƏRTAC xəbər verir ki, dünya çempionatında 37 idmançı ilə təmsil olunan Azərbaycan millisi komanda hesabında birinci olub.
İlk dəfə beynəlxalq yarışda iştirak edən T.Salmanlı birinci döyüşünü türkiyəli idmançıya qarşı keçirib. Rəqibi üzərində təmiz qələbə qazanan həmyerlimiz növbəti görüşlərdə əfqanıstanlı və iranlı idmançıları asanlıqla məğlub edib.
Hazırda Toğrul Salmanlı 2016-cı ilin aprel ayında Portuqaliyada keçiriləcək Avropa çempionatına hazırlaşır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Celilabadli_idmanchi_Turkiyede_dunya_chempionu_adini_qazanib-912518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR