Teleaparıcı oğluna dayə tutdu - 2500 manat maaş - FOTO

Teleaparıcı oğluna dayə tutdu - 2500 manat maaş - FOTO
21:57 18 Dekabr 2015
189 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məşhur türkiyəli teleaparıcı Ece Erken oğluna baha qiymətə dayə tutub.

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə ay öncə biznesmen əri Serkan Uçardan boşanan aparıcı oğlu Eymenə flippinli dayə tutub. O, dayəyə aylıq 5 min lirə (təxminən2500 manat) maaş ödəyəcək.

Sosial şəbəkədə yeni dayənin şəklini paylaşan aparıcıya izləyiciləri "Niyə bundan da ucuz qiymətə uşağa baxacaq türkiyəli dayə tutmamısınız?" sualına cavab olaraq bildirib ki, oğlu flippinli dayə sayəsində ingilis-dilini uşaq yaşlarından öyrənəcək.

Qeyd edək ki, türkiyəli məşhurlardan aktrisa Hande Ataizi, Tuba Büyüküstün, müğənni Mustafa Sandalın serbiyalı həyat yoldaşı, müğənni Emina Sandal da uşaqlarını tərbiyə üçün flippinli dayə tutub.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR