45 yaşlı müğənni Meray Keri sürətlə artıq çəkilərindən xilas olmağa davam edir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, son aylarda 20 kiloqram çəki itirən ifaçı Nyu-Yorkda paparassilərin kamerasına tuş gəlib. Bədənini nümayiş etdirən libas geyinən Meray kameralara gülümsəyərək avtomobilinə əyləşib.
Qeyd edək ki, Meray Keri milyarder sevgilisi Ceyms Pakerlə nikaha hazırlaşır. Müğənninin məhz bu səbəbdən pəhrizə başladığı deyilir.