“Kəpəz” – “Neftçi” görüşündə komandalar hərəyə bir dəfə fərqlənib

“Kəpəz” – “Neftçi” görüşündə komandalar hərəyə bir dəfə fərqlənib
16:28 20 Dekabr 2015
86 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Kəpəz” komandası Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edib.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 1:1.
Ev sahibləri matçın 14-cü dəqiqəsində Tərlan Quliyevin qolu ilə hesabı açıblar. Lakin görüşün 47-ci dəqiqəsində paytaxt təmsilçisinin heyətində Cavid İmamverdiyev matçda tarazlığı bərpa edib.
Oyunun 50-ci dəqiqəsində “Neftçi”nin heyətində Aylton Silva, bir dəqiqə sonra isə “Kəpəz”in futbolçusu Tural Nərimanov qırmızı vərəqə alaraq meydanı tərk ediblər.
Bu oyundan sonra “Kəpəz” xallarının sayını 26-ya, “Neftçi” isə 24-ə çatdırıb.
Tura bu gün yekun vurulacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR