​Yəməndə atəşkəs rejimi bir həftə uzadılıb

​Yəməndə atəşkəs rejimi bir həftə uzadılıb
00:57 21 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Yəməndə atəşkəs rejimi bir həftə uzadılacaq.
"Report"un məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Əbdül Malik əl-Məxaləfi xəbər verib.
"Yəmən prezidenti (Əbd Rabbo Mansur Hadi) mənə BMT-ni barışığın yeddi gün uzadılması barədə məlumatlandırmağı göstəriş verib", - deyə nazir bildirib.
Lakin Əl-Məxaləfi, yeni müddətin hansı vaxtdan, bu gündən yoxsa cari ilin 22 dekabr tarixindən, yəni ötən həftənin çərşənbə axşamı elan olunan atəşkəsin bitəcəyi vaxtdan hesablanacağını dəqiqləşdirməyib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yemende-ateskes-rejimi-bir-hefte-uzadilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR