Topaz Premyer Liqasında 18-ci tura yekun vurulub.
"İnter" "Xəzər Lənkəran"ı qəbul edib. 26-ci dəqiqədə Xizanişvili ev sahiblərini hesabda önə keçirib. "İnter"in ikinci qoluna isə Elnur Abdullayev imza atıb. Beləliklə, "İnter" - "Xəzər Lənkəran" oyunu "bankirlər"in 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
"İnter" - "Xəzər Lənkəran" - 2:0
Qollar: Xizanişvili, 26, Elnur Abdullayev, 46
"İnter" - "Xəzər Lənkəran" oyununu canlı izləyə bilməyənlər üçün matçın video icmalını təqdim edirik: