“Bavariya” Ançelottiyə tapşırıldı

“Bavariya” Ançelottiyə tapşırıldı
12:14 21 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Gələn mövsümdən “Bavariya”nın “sükan”ı arxasına keçəcək baş məşqçinin adına aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda italiyalı mütəxəssis Karlo Ançelottiyə tapşırılacaq.

 

Rəhbərlik hazırkı çalışdırıcı Pep Qvardiolaya yeni müqavilə təklif etsə də, o, buna razılıq verməyib. Bu üzdən yeni baş məşqçi axtarışına başlayan Münhen təmsilçisi Ançelotti ilə anlaşıb.

 

Geridə qalan 17 turdan sonra “Bavariya” 46 xalla Almaniya Bundesliqasına başçılıq edir. Həmçinin komanda Çempionlar Liqasının 1/8 final mərhələsində “Yuventus”la qarşılaşacaq.

 

56 yaşlı Ançelotti məşqçilik karyerasında “Yuventus”, “Milan”, “Çelsi”, PSJ və “Real” kimi dünya nəhənglərini çalışdırıb. O, bu komandalara İtaliya, İngiltərə və Fransa çempionluğunu qazandırıb və 3 dəfə Çempionlar Liqasının, eyni sayda isə Avropa Superkubokunun qalibi olub.

 

Qeyd edək ki, 2013-cü ildən “Bavariya”ya rəhbərlik edən Qvardiola bu komanda ilə 2 dəfə Almaniya çempionluğunu, həmçinin ölkə kubokunu və Superkuboku qazanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR