Əfqanıstanda əməliyyatlar zamanı 40 yaraqlı məhv edilib

Əfqanıstanda əməliyyatlar zamanı 40 yaraqlı məhv edilib
15:22 21 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Əfqanıstan təhlükəsizlik qüvvələri son sutka ərzində ölkənin bəzi vilayətlərində keçirdikləri əməliyyatlar zamanı 40-dan çox yaraqlını məhv edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı bəyanatda son sutka ərzində Əfqanıstan ordusu, polisi və kəşfiyyat xidmətinin Kunar, Qəznə, Zabul, Badaxşan, Kunduz, Faryab, Helmand və Fərəh vilayətlərində köklü əməliyyat keçirdiyi və 43 yaraqlının məhv edildiyi, bir neçəsinin yaralandığı, 9 nəfərin isə həbs edildiyi bildirilir.
Təhlükəsizlik gücləri həmçinin silah və sursat aşkarlayaraq ələ keçirib, 12 ədəd minanı zərərsizləşdirib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/efqanistanda-emeliyyatlar-zamani-40-yaraqli-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR