Almaniya qaçqın axınının gələn il azalacağına ümid etmir

Almaniya qaçqın axınının gələn il azalacağına ümid etmir
18:28 21 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Berlin, 21 dekabr, AZƏRTAC
AFR-in iqtisadi əməkdaşlıq və inkişaf naziri Gerd Müller dpa agentliyinə verdiyi müsahibədə belə bir fikir söyləyib ki, Almaniyaya üz tutan qaçqınlar axını yaxın illərdə azalmayacaq. Onun sözlərinə görə, qaçqın axınının “sabah və ya birisi gün” azalacağına ümid etmək olmaz. Nazir daha sonra bildirib ki, miqrasiya siyasəti cari onilliyin başlıca mövzusu olaraq qalacaq.
Müller onu da qeyd edib ki, onun başçılıq etdiyi nazirlik 2016-cı ildə Şimali Afrikada yeni bir proqram həyata keçirməyə başlayacaq. Bu proqramın əsas istiqaməti yerli əhalinin təhsili və məşğulluğu məsələləri olacaq. Şimali Afrikanın bir sıra ölkələrində Almaniya peşə təhsili sistemi tətbiq ediləcək. Siyasətçinin sözlərinə görə, həmin bölgədən Avropaya köçmək barədə düşünənlər məhz işsiz adamlardır. Nazir əlavə edib ki, həmin adamlar radikal hərəkatların təsirinə də uya bilərlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR