İran yüklərinin Rusiyaya daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə oluna bilər

İran yüklərinin Rusiyaya daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə oluna bilər
19:38 21 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Tehran, 21 dekabr, AZƏRTAC
İran yüklərinin Rusiyaya daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə oluna bilər. Bunun üçün Azərbaycanın geniş nəqliyyat infrastrukturu mövcuddur.
Bu sözləri Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tehranda İran və Azərbaycanın iş adamlarının iştirakı ilə keçirilən biznes forumda deyib.
Ş.Mustafayev nəzərə çatdırıb ki, hazırda Azərbaycan və İran dəmir yolu sistemlərinin birləşdirilməsi istiqamətində iş aparılır.
Nazirin sözlərinə görə gələn ilin yanvar ayında Azərbaycan, İran və Gürcüstanın dəmir yolları idarələrinin rəhbərləri görüşəcəklər. Görüşdə tranzit yüklərin daşınmasının sadələşdirilməsi və bununla bağlı digər məsələlər müzakirə ediləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iran_yuklerinin_Rusiyaya_dasinmasi_uchun_Azerbaycan_tranzit_olke_kimi_istifade_oluna_biler-913072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR