Rəqqasə Oksana trillerə çəkilir - FOTO

Rəqqasə Oksana trillerə çəkilir - FOTO
20:52 21 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Rəqqasə Oksana Rəsulova Nizami Kino Mərkəzində baş rolda çəkildiyi film haqda konfrans keçirib. 

Publika.az xəbər verir ki, rəqqasənin baş rolda çəkildiyi və triller janrında olan film "Şər qarışanda" adlanır. Rəqqasə Azərbaycanda bu janrda bir o qədər film çəkilmədiyi üçün onun uğurlu olacağına inandığını bildirib. 
 
"Şər qarışanda"nın çəkilişləri Nabran, Şabran və Samux qoruğunda baş tutub. Çəkiliş o qədər də asan başa gəlməyib. Filmin ssenari müəllifi Fariz Əliyev bu janrın onun üçün yenilik olduğunu söyləyib: 
 
"Film martın 3-ü təqdim olunacaq. İnanıram ki, bu filmlə yeni dalğa yaranacaq. Nə qədər komediya olar? Son zaman filmləri izləyirəm, zənnimcə, filmlərin rejissoru düzgün seçilməyib". 
 
Digər baş rolu canlandıran xalq artisti Ramiz Novruz təklif gələrkən ilk növbədə ssenari ilə tanış olduğunu bildirib: 
 
"Filmin rejissoru Samir Kərimoğludur. Çox uğurlu iş ərsəyə gətirdi. Düzgün aktyor seçimi olub. Gənclərlə çəkilmək xoş idi. Bir çox aktrisalar tərəf-müqabilim olub. Qeyd edim ki, Oksana qədər dürüst rol oynayan çox az aktrisa olub".
 
Rejissor Samir Kərimoğlu isə bu filmin sayca 8-ci filmi olduğunu bildirib və ekran işinin ekstremal şəraitdə çəkildiyini əlavə edib. 

Filmdə bir sıra məşhur simalar da rol alıblar. Onların arasında müğənni İlhamə Qasımova, teleaparıcı Şəhriyar Əbilov, Zəhra Bədəlbəyli, Qurban İsmayılova və digərləri var. 

Milli.Az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR