Elman Rüstəmov: Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək

Elman Rüstəmov: Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək
00:23 22 Dekabr 2015
151 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində məlumat verib.
E.Rüstəmov deyib: "Ötən ilin iyun ayından etibarən beynəlxalq bazarlarda neftin qiyməti 3 dəfədən çox düşüb. Bu, Azərbaycanın gəlirlərini əhəmiyyətli dərəcədə aşağı salıb, ölkənin tədiyyə balansına əhəmiyyətli təsir edib. Valyuta bazarına və məzənnəyə təsir edən amil yalnız neftin sürətlə ucuzlaşması deyil. Hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır. Son aylarda volatilliyin daha da artması nəticəsində bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100 faizi ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz. Məsələn, İran rialı son 3 ildə 120 faiz devalvasiyaya uğradı, Qazaxıstan təngəsi 108 faiz, Rusiya rublu 2 dəfədən çox qiymətdən düşüb. Manat isə bir dəfə devalvasiyaya uğrayıb. Bizim bu ölkələrlə ciddi ticarət əlaqələrimiz var. Ölkənin valyuta bazarına və manataın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq, cari ilin fevral ayında manatın devalvasiyası baş verdi. İqtisadiyyat, valyuta bazarı, manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya oldu. Lakin yeni yaranmış vəziyyət manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edir. Buna görə bu gündən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul olunub. Söhbət idarə olunan üzən məzənnədən gedir. Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək. Bugünkü məzənnədən əhəmiyyətli dərəcədə kənarlaşma iqtisadiyyatımız üçün ciddi çaşqınlıq yarada bilər. Bu gün biz ilk auksionumuzu təşkil etdik. Biz, həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyutaya olan tələbini tam ödəyirdik. Lakin bundan sonra biz artıq bazara auksionlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq.
E.Rüstəmov əlavə edib ki, üzən məzənnə rejimi uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsi nəzərə alınaraq tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edən sistemdir.
Yeni məzənnə sisteminin banklarda əhalinin əmanətlərinin, o cümlədən depozitlərin təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətindən danışan E. Rüstəmov qeyd edib ki, bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görülür. O deyib: "Bu məzənnə səviyyəsində bank sektoru kifayət qədər dayanıqlıq nümayiş etdirdi. Əmanətçilər üçün bu gün heç bir təhlükə yoxdur, mən bunu tam məsuliyyətlə deyirəm. Lakin bütün bunlara baxmayaraq, bank sektorunun sabitliyinin artırılması istiqamətində əlavə tədbirlər planlaşdırılır".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

25 Sentyabr 2017 23:17

Bali adasında həyəcan -

25 Sentyabr 2017 23:09

Yol polisi "07"-ni QOVUR - Film səhnələrini xatırladan GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 23:03

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49

“Yuventus” ŞOKDA: Klub prezidenti futboldan uzaqlaşdırıldı

25 Sentyabr 2017 22:48

"Brent" markalı neftin qiyməti 59 dolları ötüb

25 Sentyabr 2017 22:42

Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu olub

25 Sentyabr 2017 22:37

Rusiya təyyarələri ABŞ-ın dəstəklədiyi qüvvələri bombaladı -

25 Sentyabr 2017 22:30

"Yuventus"un prezidenti bir il müddətinə futboldan kənarlaşdırılıb

25 Sentyabr 2017 22:22

Prezident İlham Əliyev yığma komandamızın oyununda - FOTOLAR

25 Sentyabr 2017 22:19

Kürdlərin referendumu başa çatdı

25 Sentyabr 2017 22:18

Dünyanın ən kök qadını həyatını itirdi -

25 Sentyabr 2017 22:11

Bir ailənin 5 üzvü zəhərləndi - Balakəndə

25 Sentyabr 2017 22:09

"Qəbələ" "Neftçi"yə divan tutdu - 7:1

25 Sentyabr 2017 22:07

Naim Süleymanoğlu ölüm ayağında - Təcili...

25 Sentyabr 2017 21:58

Bakıda universitet tələbəsi kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

25 Sentyabr 2017 21:52

"Ordumuz İraqa girə bilər" -

25 Sentyabr 2017 21:50

Dünyanın ən bahalı brendləri açıqlandı - SİYAHI

25 Sentyabr 2017 21:49

Prezidentdən SƏRƏNCAM: Ziya Məmmədovun adı çıxarılsın

25 Sentyabr 2017 21:48

Mingəçevirdə sürücü içkili vəziyyətdə maşını dairəyə çırpıb, 6 nəfər yaralanıb

25 Sentyabr 2017 21:47

Tovuzda FACİƏ: Usta "laqonda" ilə ayağını doğradı

25 Sentyabr 2017 21:43

Mixail Qusmana "Kavaler" ordeni təqdim edildi

25 Sentyabr 2017 21:33

SON DƏQİQƏ:Türkiyə və İraq hərəkətə keçdi -

25 Sentyabr 2017 21:30

İraq və Türkiyə birgə hərbi təlimlərə başladı

25 Sentyabr 2017 21:29

Kərkük qarışdı: türkmənlər peşmərgə ilə döyüşür - Ölənlər var

25 Sentyabr 2017 21:28

ABŞ-ın başına 5 milyon pul qoyduğu çeçenin cəsədi tapıldı - FOTO (18+)

25 Sentyabr 2017 21:23

İraq Kürdüstanında səsvermə başa çatdı

25 Sentyabr 2017 21:19

Hitlerin gizli nüvə mərkəzi tapıldı

25 Sentyabr 2017 21:18