Dövlət Departamenti: ABŞ-ın hədəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir

Dövlət Departamenti: ABŞ-ın hədəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir
02:33 22 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllini hədəf olaraq seçib.

Trend RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə əsasən, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

Kirbi İsveçrədə Azərbaycan və Ermənistan Prezidentləri arasında keçirilən görüşü şərh edərkən deyib ki, "sammit ölkə liderlərinə il ərzində ilk dəfə üz-üzə görüşmək və mövqeləri aydınlaşdırmağa imkanı verdi". Onun sözlərinə görə, "Prezidentlər vəziyyətin pisləşməsini etiraf ediblər".

Rəsmi nümayəndə həmçinin Vaşınqtonun "dinc əhali arasında qurbanların sayının azaldılması üzrə tədbirləri" dəstəklədiyini bildirib. Bildirib ki, Amerika nümayəndə heyəti "ATƏT-in Minsk qrupunda rusiyalı və fransalı həmkarları ilə birlikdə bütün bu tədbirləri ətrafında müzakirələri davam etdirir".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2472369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR