Deputat qanpulu batıranları qınadı

Deputat qanpulu batıranları qınadı
13:46 30 Dekabr 2014
82 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hərbi rütbələrin verilməsinə görə müddətlər müəyyən olunsa da, hərbçilər həmin rütbələri ala bilmirlər". ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Fazil Mustafa parlamentin bu günki iclasında çıxışı zamanı deyib. O bildirib ki, buna maneə yaradan vəzifəli şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Deputatın fikrincə, müəyyən olunan müddətdən sonra hərbçilər rütbə ala bilmirlərsə, bu vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə etməsidir.

Fazil Mustafa onu da qeyd edib ki, şəhid ailələri qan pulunu ala bilmədiklərinə görə, Milli Məclisi təqsirləndirirlər. “Biz parlament olaraq üzərimizə düşən vəzifəni yerinə yetirmişik. Parlament qanun qəbul edib, onun icrasını isə aidiyyatı orqanlar həyata keçirməlidir”.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə hərbi təhsil müəssəsilərinə savadlı adamlar lazım olduğunu deyib. "Hərbi müəssisə konservatoriya deyil ki, ora girmək üçün tələb olunan balı aşağı salırlar. Hərbçi savadlı olmalıdır ki, hesablamaları da düzgün aparsın. Ona görə də hesab edirəm ki, ali təhsilli şəxslərin, magistrlərin orduya cəlb olunması üçün yanaşma dəyişməlidir. Ya müqavilə ilə hərbi xidmətə getsinlər, ya da başqa yollar axtarılsın”.

Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov Fazil Mustafaya cavabında parlament rəhbərliyinin Silahlı Qüvvələrin baş qərargah rəisi ilə hərbi rütbələrin verilməsi ilə bağlı yaranan problemləri müzakirə etdiyini deyib. “Problem rütbələrin verilməsinin icrası ilə bağlıdır”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR