Nazirliyin əməkdar artistin ölümünə "bir qisimlik" münasibəti

Nazirliyin əməkdar artistin ölümünə "bir qisimlik" münasibəti
12:17 22 Dekabr 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlunun dəfn xərcinin və yas mərasiminin bir qismini Mədəniyyət və Turizm Nazirliyi ödəyəcək.

Bu barədə AzNews.az-a Akademik Milli Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətindən onu da bildiriblər ki, dəfn məsələlərinə nazirliklə yanaşı, Akademik Milli Dram Teatrı da köməklik edəcək:

"Ələsgər Məmmədoğlu Azərbaycanın istedadlı aktyorlarından olub. Onun dəfn və yas xərci bu iki qurumun diqqətindədir".

Qeyd edək ki, Ə.Məmmədoğlu dekabrın 21-də dünyasını dəyişib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR