Syomin: "Azərbaycana məğlubiyyət çox şeydən xəbər verir"

Syomin: "Azərbaycana məğlubiyyət çox şeydən xəbər verir"
13:05 22 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

"Yığmamız Azərbaycana 0:3 hesabı ilə uduzdu. Bu nəticə çox şeydən xəbər verir"

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış rusiyalı məşqçi Yuri Syomin deyib.

2013/14 mövsümündə "Qəbələ"ni çalışdıran 68 yaşlı mütəxəssis Rusiya mətbuatına müsahibəsində 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycana 0:3 hesabı ilə uduzan həmyerlilərini də qınayıb:

"Millidə qələbə ruhlu, yüksək səviyyəli futbolçuların peyda olması üçün onlar əvvəl ispanlarla almanlar kimi öz səviyyələrində qələbələr qazanmalıdırlar. Arada ani uğurlar qazanırıq. Amma bunlar tendensiyaya çevrilmir. Gənclər və yeniyetmələr yığmalarında uğur qazanan futbolçuların heç biri sonradan normal oynamır. Gənclər millisində çıxış etmək artıq onlar üçün maraqlı deyil. Bəlkə də onları daim oynamaq üçün 1-ci liqa klublarına icarəyə vermək lazımdır. Ramil Şeydayev "Rubin"ə gedib. Ehtiyatda qaldı. Hərçənd, əsas yığma üçün hücumçunun yetişdiyini düşünürdük. Burada çox şey agentlərdən asılıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR