Nizami Kino Mərkəzindən növbəti yeni aksiya

Nizami Kino Mərkəzindən növbəti yeni aksiya
14:53 22 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Nizami Kino Mərkəzi MEGOGO onlayn–kinoteatrı ilə birgə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin danışma və eşitmə qüsuru olan sakinlərinə surdotərcümə ilə “Oz: uçan meymunların basqını” animasiya filmini təqdim edib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, filmi böyük maraqla izləyən uşaqlar nümayişdən sonra kino mərkəzinin “Nizami Restaurant & Lounge” restoranında nahara dəvət olunub.
Balaca qonaqların adından internatın müəllimləri uşaqlar üçün hazırlanmış tədbirə görə zəhməti olan insanlara təşəkkürlərini bildiriblər.
Nizami Kino Mərkəzinin rəhbərliyi bu xeyirxah təşəbbüsdə MEGOGO onlayn-kinoteatra daim dəstək göstərməyə hazır olduğunu qeyd edib. MEGOGO onlayn–kinoteatrın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Xəlilov Nizami Kino Mərkəzi ilə əməkdaşlığın davamlı olmasını arzu edib.
Qeyd edək ki, ilk leqal videoplatforma olan MEGOGO onlayn–kinoteatrı “Bax necə eşidirsən” layihəsi daxilində surdotərcümə studiyası yaradıb və danışma və eşitmə qüsuru olan insanlar üçün filmlərin surdotərcüməsini və bu filmlərin xüsusi kataloqunu hazırlayır. MEGOGO onlayn-kinoteatrın əməkdaşları “Bax necə eşidirsən” layihəsi daxilində respublikanın bölgələrində də bu aksiyanın keçirilməsini planlaşdırır.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nizami_Kino_Merkezinden_novbeti_yeni_aksiya-913283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR