Ölkə əhalisinin gəlirlərində 5,7 faiz artım qeydə alınıb

Ölkə əhalisinin gəlirlərində 5,7 faiz artım qeydə alınıb
15:33 22 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Bu ilin 11 ayı ərzində ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 36,8 milyard manata çatıb, əhalinin hər nəfərinə düşən gəlirlər isə 3 min 860,5 manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hər nəfərə düşən gəlirlərin əvvəlki ilin eyni dövrünə nisbətən artımı 4,4 faiz təşkil edərək, ölkənin istehlak bazarında qiymətlərin bahalaşmasını 0,7 faiz üstələyib.
Bu dövr ərzində gəlirlərin 75,7 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 3,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 11,8 faizi isə yığıma yönəldilib.
Əhalinin sərəncamında qalan gəlirlər 33,3 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövründəkindən 5,6 faiz çox olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR