Fiziki qüsurlu uşaqlar üçün animasiya filmi nümayiş olunub

Fiziki qüsurlu uşaqlar üçün animasiya filmi nümayiş olunub
16:09 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

 

Nizami Kino Mərkəzi MEGOGO onlayn kinoteatrı ilə birgə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün “Oz: uçan meymunların basqını” animasiya filmini təqdim edib. Lent.az-ın məlumatına görə, uşaqlar üçün film 3№-li İnternat Evinin danışma və eşitmə qüsuru olan sakinlərinə surdotərcümə ilə nümayiş etdirilib.

        

Böyük maraqla filmi izləyən səksəndən artıq uşaq nümayişdən sonra Nizami Kino Mərkəzi tərəfindən kinomərkəzin restoranında nahara dəvət olunub. 

        

 

Xatirladaq ki, ilk leqal videoplatforma olan MEGOGO onlayn kinoteatrı “Bax necə eşidirsən” layihəsi daxilində surdotərcümə studiyası yaradıb və danışma və eşitmə qüsuru olan insanlar ücün filmlərin surdotərcüməsini  və  bu filmlərin xüsusi  kataloqunu hazırlayır. MEGOGO onlayn kinoteatrın əməkdaşları “Bax necə eşidirsən” layihəsi daxilində respublikanın bölgələrində də bu aksiyanın keçirilməsini  planlaşdırır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR