Yunanıstan parlamenti Fələstin Dövlətinin tanınması ilə bağlı qətnamə qəbul edib

Yunanıstan parlamenti Fələstin Dövlətinin tanınması ilə bağlı qətnamə qəbul edib
17:18 22 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Afina, 22 dekabr, AZƏRTAC
Yunanıstan parlamenti dekabrın 22-də ölkə hökumətini Fələstin Dövlətini tanımağa çağıran qətnamə qəbul edib.
Parlamentin iclasında Yunanıstanda səfərdə olan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas da iştirak edib.
Yunanıstan parlamentinin sədr müavini Tassos Kourakis qətnamənin Fələstin Dövlətinin tanımasına yönəlmiş birinci addım olduğunu vurğulayıb.
Prezident Mahmud Abbas dəstəyə görə yunanıstanlı deputatlara minnətdarlığını bildirib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR