Tehran, 22 dekabr, AZƏRTAC
Dekabrın 23-də Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin üçüncü iclası keçiriləcək.
Azərbaycanın İrandakı səfirliyindən bildiriblər ki, görüşdə nəqliyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional dəhlizlərin inkişafı, Xəzəryanı ölkələrin nəqliyyat üzrə imkanları və region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə ediləcək.
Görüşün yekunu olaraq “Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin üçüncü iclasının Bəyanatı”nın qəbul olunması nəzərdə tutulub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran