Bakıda taksi sürücüləri üçün yeni qaydalar

Bakıda taksi sürücüləri üçün yeni qaydalar
21:31 22 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi ilə bağlı fərman imzalayıb.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası qanununda baş verən dəyişiklikləri hüquqşünas Ərşad Hüseynov ANS PRESS-ə şərh edib.

Onun sözlərinə yeni qanunda iki əsas diqqət yetirilməli məqam var: "Birinci məqam odur ki, taksi fəaliyyəti ilə məşğul olan vətəndaşların minimum 21 yaşı olmalıdır. Bu yaşdan aşağı vətəndaşlar taksi sürə bilməzlər. İkinci məqam isə taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ən azı 2 il sürücülük təcrübəsi olmalıdır. Bir də burada bir əlavə məqam da var ki, o da, sürücülük kursu ilə əlaqədardır. Qanuna əsasən taksi sürücüləri sərnişinlərlə davranış üzrə xüsusi kurs keçməlidirlər. Düzdür hazırda bu məsələ açıq qalıb. Ancaq Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən bu kurslar ola bilər ki, yaxın gələcəkdə ləğv edilsin".


Ərşad Hüseynov- Hüquqşünas

Ekspert ölkə başısının imzaladığı fərmanın taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlar üçün müsbət hal olduğunu bildirir: "Əsas məsələ lisenziyanın ləğv edilməsi idi ki, bu da baş verdi. Ancaq taksi fəaliyyəti ilə məşğul olanlar qarşında bir sıra şərtlər var ki, həmin şərtlərə riayət etmək lazımdır. Bunlardan biri avtomobilin təchizatı (15 ildən köhnə olmamalıdır), taksometr, taksi tanınma nişanı, taksi üçün fərqləndirici rəng, sürücünün iş stajı və yaş amili və kursdan lisenziyadır".

Bu gün Azərbaycanda neft və qaz məhsullarının satışı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir ki, “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” təsdiq edilsin.



Bu fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir.

Lisenziya verilməsi üçün tələb olunan şərtlərin (o cümlədən əlavə şərtlərin) sadələşdirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar müvafiq qanun layihələrini İqtisadiyyat və Sənaye Nazirliyinin təklifləri əsasında iki ay müddətində hazırlayıb prezidentə təqdim ediləcək. Lisenziyanın sahibi ona verilən lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz.

Bu siyahıda sərnişin daşımaları, şəhərlərarası (rayonlararası) sərnişin daşımaları, beynəlxalq sərnişin daşımaları, taksi minik avtomobilləri ilə sərnişin daşımaları, ölkədaxili yük daşımaları üçün dövlət rüsumu yoxdur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367897

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR